Liviyada BMT-nin missiyasının üzvlərini oğurlayanlar öz tələblərini irəli sürüblər.
Oxu.Az Report-a stinadən xəbər verir ki, silahlılar Səudiyyə Ərəbistanında həəbs edilmiş tərəfdarlarının azad edilməsini tələb ediblər.
Məlumatda bildirilir ki, radikallar BMT-nin Ali Komissarının Qaçqınlar üzrə İdarəsinin 7 üzvünü oğurlayıblar. Onların arasında əcnəbilər də var.
20.15
“Əl-Qaidə” terror qruplaşmasının silahlıları BMT-nin Liviyadakı missiyasının üzvünü girov götürüb.
Oxu.Az-ın Report-a istinadla məlumatına görə, insident paytaxt Tripolidən 45 kilometr qərbdə yerləşən Əz-Zaviyə yaşayış məntəqəsində baş verib.
Girov götürülən şəxsin adı və hadisənin təfərrüatları açıqlanmır.
A.S.
www.oxu.az