Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ən etibarlı işlənmiş avtomobillərin adı açıqlanıb
"iSeeCars" avtomobil portalı beş ildən çox işlənmiş avtomobillər arasında ən yaxşıların siyahısını açıqlayıb.
Oxu.Az xəbər verir ki, portalın araşdırmasına görə, 11.8 il proqnozlaşdırılan istifadə dövrü ilə birinci yerdə "Honda Fit" avtomobilidir.
Siyahıda ikinci yeri 9.6 il gözlənilən istifadə müddəti ilə "Volkswagen Passat" tutur. Onun ardınca ekspertlərin təqribən 8.8 il ərzində sahibinə xidmət edəcəyini proqnozlaşdırdığı "Buick Encore" gəlir.
Ən etibarlı işlənmiş avtomobillər siyahısına, həmçinin "Kia Rio" (gözlənilən istifadə müddəti 6.9 il), "Honda Civic" (9.8 il), "Mazda 3" (9.8 il), "Mitsubishi Outlander Sport" (7.5 il), "Toyota Yaris" (7.6 il), "Toyota Corolla" (8.1 il) və "Infiniti Q50" (10.6 il) daxil edilib.
"Avto-moto" teqi üzrə xəbərlər
- Rusiyada kişi arvadına hədiyyə aldığı "Porsche" avtomobilini zibil qutusuna atdı
- Qapını çırpmaq təkcə nəzakətsizlik deyil, həm də baha başa gəlir: Maşında hansı nasazlıq ola bilər?
- İlk 5 000 km üçün bir çox sürücünün əhəmiyyət vermədiyi VACİB QAYDALAR
- "Mercedes" yeni bolidini təqdim etdi
- Soyuq və şaxtalı hava şəraitində sürücülərin nəzərə almalı olduğu ƏSAS MƏQAMLAR