Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdə HƏMAS və İsrail nümayəndələri arasında aparılan danışıqlardan sonra Qəzzada atəşkəsin əldə olunmasından məmnun olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, Türkiyə lideri bu barədə "X" sosial media hesabında yazıb.
"Şarm Əş-Şeyxdə keçirilən və Türkiyə olaraq bizim də töhfə verdiyimiz HƏMAS-İsrail danışıqlarının Qəzzada atəşkəslə nəticələnməsindən böyük məmnuniyyət duyuram", - deyə o qeyd edib.
Ərdoğan İsrail hökumətinin atəşkəsə təşviq edilməsində zəruri siyasi iradə göstərən ABŞ Prezidenti Donald Tramp başda olmaqla, razılaşmanın nail olunmasına dəstək verən Qətər və Misirə də təşəkkür edib.
"Türkiyə olaraq razılaşmanın hər bəndinin yerinə yetirilməsini yaxından izləyəcək və prosesə töhfə verməyə davam edəcəyik", - deyə Ərdoğan əlavə edib.
Qeyd edək ki, İsrail və HƏMAS sülh planının birinci mərhələsinə dair razılaşma imzalayıblar.
Şarm El Şeyh’de yürütülen ve Türkiye olarak bizim de katkı sağladığımız Hamas-İsrail görüşmelerinin Gazze’de ateşkesle sonuçlanmasından büyük memnuniyet duyuyorum.
— Recep Tayyip Erdoğan (@RTErdogan) October 9, 2025
İsrail hükûmetinin ateşkese teşvik edilmesinde gerekli siyasi iradeyi ortaya koyan ABD Başkanı Sayın Trump başta…