Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı mövqeyini dəstəklədiyini bildirib.
Oxu.Az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli jurnalistlərə müsahibəsində deyib.
"Biz Donald Trampın xüsusilə Rusiya və Ukrayna arasında sülh danışıqlarına dair baxışını dəstəkləyirik. Onun öz mövqeyində Türkiyənin narahatlığını nəzərə almasını da alqışlayırıq", - deyə R.T.Ərdoğan bildirib.
Türkiyə lideri həmçinin deyib ki, o, vaxtaşırı telefon vasitəsilə D. Trampla əlaqə saxlayır.