Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Göyçayda küçə işıqlandırılmasında problem: Elektrik dirəkləri həyətlərdə "dustaq" olub?
Göyçay şəhərində sakinlər küçənin tam işıqlandırılmamasından şikayətçidirlər.
Bununla bağlı Oxu.Az-a şikayət daxil olub.
Qeyd olunur ki, şəhərin Nizami küçəsinin yarı hissəsi işıqlandırılsa da, digər hissəsi qaranlığa məhkum qalıb.
"Küçənin yarısına kimi işıq çəkilib. Yerdə qalan 10-15 evin olduğu hissə isə işıqsız qalıb", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.
"Nizami küçəsində işıqlandırma işlərinin dayanmasının səbəbi ərazidə yaşayan sakinlərin görülən işlərə şərait yaratmaması ilə bağlıdır. Onlar elektrik dirəklərini qeyri-qanuni olaraq həyətyanı sahələrinə daxil etdikləri üçün küçənin qalan hissəsinin işıqlandırılmasını həyata keçirmək mümkün olmur. İşlərin davam etdirilməsi üçün həmin sakinlər şərait yaratmalıdırlar ki, şəhər nümayəndəliyinin əməkdaşları da keçib həyətlərdə işi davam etdirə bilsinlər. Məsələ diqqətimizdədir", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Səbaildə doqquzmərtəbəli bina qəsdən yararsız hala salınıb? - DİN iddialara cavab verdi
- Bakıdakı sıxlığın qarşısı necə alınmalıdır?
- Neftçala sakini: "Belə getsə, insan qalmayacaq"
- Bakıda ictimai nəqliyyatda ödəmə sistemindəki PROBLEM ARADAN QALXDI
- Gilas bağlarında acınacaqlı durum: Qubalı fermerlər çıxılmaz halda