Ərəb dövlətləri Liqasına daxil olan ölkələrin Xarici işlər nazirləri “İslam Dövləti” ilə mübarizədə bütün lazımi tədbirləri yerinə yetirmək barəsində razılığa gəliblər.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, Qahirə görüşünün iştirakçıları BMT Təhlükəsizlik Şurasının avqustda qəbul edilmiş, İraq və Suriyada yaraqlılara maddi, hərbi və maliyyə yardımının dayandırılmasına çağıran bəyanatını dəstəkləyiblər.
Liqa, ABŞ-ın yaraqlıların mövqelərinə vurduğu aviazərbələrini daha öncə diplomatik mühitdə gözlənildiyi kimi birbaşa dəstəkləmədi. Amma müxbirlərin sözlərinə görə, görüşün nəticəsi ABŞ-ın xüsusi əməliyyatı ilə “sözsüz razılıq” olub.
Şənbə günü ABŞ “İD” qarşı hərbi əməliyyatı genişləndirib, Hadit yaxınlığında İraq qoşunlarını müdafiə etmək üçün yaraqlıların işğal etdikləri əraziyə aviazərbələr endirib.
Amerika prezidenti Barak Obama sonradan bəyan edib ki, ABŞ “İslam Dövləti” ilə döyüşə girməyə, yaraqlıları işğal etdikləri ərazidən qovmağa və sonda qalib gəlməyə hazırlaşır.