Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Erməni baş katib dindirilməyə çağırıldı
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi, general-polkovnik Yuri Xaçaturov 2008-ci il martın 1-də baş verən hadisələrlə bağlı aparılan istintaq çərçivəsində dindirilməyə çağırılıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı TASS agentliyinə Ermənistanın Xüsusi İstintaq Xidmətinin mətbuat xidmətindən bildiriblər.
“Yuri Xaçaturov dindirilməyə çağırılıb. O bildirib ki, gərgin iş qrafiki ilə əlaqədar dindirilməyə yalnız iyulun axrı gedə bilər”, - məlumatda deyilir.
Yuri Xaçaturov 2008-ci il martın 1-də Ermənistan Silahlı Qüvvələrinin Yerevan qarnizonuna rəhbərlik edib. O, 2017-ci ildən KTMT-nin baş katibidir.
"Ermənistan" teqi üzrə xəbərlər
- Politoloq: "Aİ-nin Ermənistandakı missiyasının uzadılması Rusiya və Azərbaycan əleyhinə addımdır"
- Yoxsulluq, çöküş - Avrasiya İqtisadi Birliyindən çıxacağı təqdirdə Ermənistanı nə gözləyir?
- İran Ermənistana qoşun yeritməyə hazırdır
- Paşinyandan istifadə edib atacaqlar: Niyə Ermənistan heç vaxt Aİ-yə qəbul edilməyəcək?
- Əvvəlcə Qarabağda məğlub olan, indi Orta Şərqdə uduzan ölkə
Rəylər