Ermənistanda zəlzələ olub.
"RİA Novosti" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi ölkənin şimalında Gürcüstan ilə sərhəd yaxınlığında güclü zəlzələ barədə məlumatı təsdiqləyib.
Bildirilib ki, zəlzələnin gücü 4.8 bal, episentrində isə 6-7 bal olub.
Bir neçə saat əvvəl Gürcüstanın Seysmologiya Mərkəzi Ermənistanda iki zəlzələ baş verdiyini bildirmişdi. Nazirlikdən verilən məlumata görə, 5.2 bal gücündə ilk zəlzələ Ermənistanla Gürcüstan sərhədindən 8 kilometr aralıda, 10 kilometr dərinlikdə qeydə alınıb. Ardınca Gürcüstan-Ermənistan sərhədindən 5 kilometr aralıda, 5 kilometr dərinlikdə 4.2 bal gücündə daha bir zəlzələ qeydə alınıb. Gərginlik Gürcüstanın paytaxtında da hiss edilib.
Fövqəladə Hallar Nazirliyinin ilkin məlumatına görə, Ermənistan ərazisində dağıntı yoxdur.