Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ermənistan hökuməti hərbi xidmətə çağırış yaşını 37-yə qaldırmaq haqqında düşünür
Ermənistanda məcburi hərbi xidmət üçün maksimum yaş həddinin 27-dən 37-yə qaldırılması təklif edilib.
Oxu.Az "Joğovurd" nəşrinə istinadən xəbər verir ki, müvafiq qanunvericilik təşəbbüsü ilə hakim Vətəndaş Sazişi Partiyasından olan deputat Hayk Sarkisyan çıxış edib.
Hərbi xidmət üçün yaş həddinin artırılması ilə yanaşı, vətəndaşlığını dəyişən kişilər üçün 15 milyon dram (təxminən 40 min dollar) rüsum müəyyən edilməsi təklif edilir. Hesab olunur ki, bu məbləğ hərbi xidmətdən yayınmaq istəyən şəxslərə maneə yaradacaq.
Təşəbbüsün məqsədi çağırışçıların sayını artırmaq və kişilər arasında Ermənistan vətəndaşlığından çıxma hallarının qarşısını almaqdır.
"Ermənistan" teqi üzrə xəbərlər
- Erməni deputat: "Varlıların uşaqları hərbi xidmətdən yayınmaq üçün xarici ölkə vətəndaşlığı alırlar"
- Ermənistan Baş Prokurorluğu Koçaryanın qanunsuz əmlakının müsadirəsini tələb edir
- Ermənistanda Azərbaycana qarşı terror aktlarının həyata keçirilməsi üçün intensiv hazırlıq gedir
- Simonyan 44 günlük müharibədən danışdı: "Cəhənnəmdə idim, dedim, gedib kiminsə ayağına yıxılmalıyam"
- Paşinyan hökumət üzvlərinə Şuşa ilə bağlı göstəriş verib