Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Lev İvanov: "Festivalın əsas məqsədi insanlara daxili sakitlik və harmoniya qazandırmaqdır"
"Bu gün hər bir insanın təxirəsalınmaz ehtiyacı sakitləşmək və gülümsəməyi öyrənməkdir".
Bu sözləri "Nine Senses Fest 2025" festivalının ikinci günündə Oxu.Az-a açıqlamasında "Özünü dərketmə" metodikasının müəllifi Lev İvanov deyib.
O bildirib ki, festivalın əsas məqsədi insanlara daxili sakitlik və harmoniya qazandırmaqdır:
"İnsan sakit və gülümsəyən halda olanda dinləməyə, anlamağa və ahəngdar yaşamağa başlayır. Bu, cəmiyyətimizin və bəşəriyyətin indiki mərhələdə çatmalı olduğu ilk haldır. Bundan sonra daha dərin inkişaf mərhələləri açılır".
Ustad qeyd edib ki, insanın əsas vəzifəsi bütövlük tapmaqdır.
Onun izahına görə, bu, sadəcə fəlsəfi anlayış deyil, həm də elmi əsaslara söykənir:
"İnsanın ruhu, canı və bədəni bir vəhdətdə olmalıdır. Bu zaman insan kainatla uyğunlaşır, sağlam və harmonik həyat sürür. Amma bu bütövlüyə çatmaq üçün ilk addım yenə də sakitlik və gülümsəmədir."
Festival barədə təəssüratını bölüşən Lev İvanov ilk dəfə Bakıda olduğunu bildirib və şəhərin gözəlliyindən heyran qaldığını deyib:
"Dünən İçərişəhərdə oldum, çox bəyəndim. Bakının ruhu sakitləşdirən atmosferi var. İnsanların gündəlik qayğılardan uzaqlaşıb fərqli həyat tərzi ilə tanış olması, fərqli yanaşmalar görməsi çox önəmlidir. Bu festival da məhz bunu təqdim edir - insanlar üçün alternativ həyat tərzi seçimləri".
O vurğulayıb ki, qədim biliklər yalnız keçmişdə qalmamalı, müasir insanın gündəlik həyatında tətbiq olunmalıdır:
"İndi dünya dəyişib və hər an dəyişməkdədir. Əsas məqsəd hər anı hiss etmək və dünya ilə ahəng içində yaşamağı öyrənməkdir".
Aygün Mirakif
"Nine Senses Fest 2025" teqi üzrə xəbərlər
- Pavel Çiqlayev: "Səs seansları insanı öz daxili aləmi ilə birləşdirir"
- Dr. Bharat Thakur: "Psixoloji problemlər zamanı dərmanlar o qədər də təsirli olmur"
- Vadim Borisov "Nine Senses Fest 2025" barədə: "Çox isti, səmimi atmosfer var"
- Bakıda "Nine Senses Fest 2025" festivalının ikinci günündə yüzlərlə iştirakçı bir araya gəlib
- "İnsanlar bədənlərini tanımırlar" - Tükənmişlik hissinin səbəbi nədir?