Ermənistan ordusunda zabitlər dolanışıq ucbatından rüşvət almaq məcburiyyətindədirlər.
Oxu.Az-ın məlumatına əsasən, işğal edilmiş Ağdərə istiqamətində yerləşən düşmən hərbi hissəsində əsgər Avedisyan Qarik Tiqranoviç rabitə bölüyünə təyin olunması üçün 700 ABŞ dolları məbləğində rüşvət verib.
Belə bir hadisə başqa hərbi hissədə də qeydə alındıqdan sonra, əsgərin valideyni tərəfindən yazılan narazılıq ərizəsi əsasında hərbi polis tərəfindən araşdırmalar başlanılıb.
Həmin hərbi hissənin başqa bir alayının bölmələrindən birində, sürücü vəzifəsində xidmət edən müddətli hərbi qulluqçunun ön xətt bölməsindən xidmətini daha rahat yerə təyin olunması üçün alayın vəzifəli şəxsinə (Ohan adlı şəxsə) rüşvət təklif etməsi hadisəsi də araşdırma zamanı aşkar olunub.
N.O.