Ermənistan parlamentinin sədri Alen Simonyan "İmnemnimi" podkastının həmmüəllifi Vazgen Saqatelyana qarşı məhkəmə iddiası qaldırıb.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat "Datalex" məhkəmə-hüquq informasiya portalında yerləşdirilib.
Simonyan şərəf və ləyaqətinin təhqir olunmasına görə dəymiş ziyanın ödənilməsini tələb edir.
İddiaya səbəb Saqatelyanın podkastın son buraxılışlarının birində Simonyan və hakim "Mülki müqavilə" partiyasının digər deputatlarının intim həyatlarının bəzi təfərrüatının açıqlanması olub.
Simonyanın fraksiya üzrə həmkarı Arusyak Manavazyan da podkastın həmmüəllifini məhkəməyə verib. O, Saqatelyanın verdiyi bəyanatları təkzib etməsini və 1 milyon dram təzminat ödəməsini tələb edir.