Ermənistanın Baş Prokurorluğu tərəfindən sabiq maliyyə naziri və Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri Qaqik Xaçatryana qarşı başlanmış yeni cinayət işinin təfərrüatı ictimaiyyətə açıqlanıb.
Oxu.Az Ermənistan mediasına istinadən xəbər verir ki, istintaq orqanlarının məlumatına əsasən, sözügedən iş dörd fərqli epizodu özündə birləşdirir: mənzillər şəklində rüşvət, vəsaitlərin mənimsənilməsi, universitetə məxsus sahənin satılması və Gümrüdəki zavod üzərindən çirkli pulların yuyulması.
Baş Prokurorluqdan o da bildirilib ki, iyun ayında iki dəfə keçirilmiş tibbi ekspertizanın rəyinə əsasən, Xaçatryanın məhkəmə proseslərində iştirakına mane olacaq hər hansı sağlamlıq problemi müəyyən edilməyib.
Bununla yanaşı, Antikorrupsiya Məhkəməsində Xaçatryan ailəsinə mənsub 193 daşınmaz əmlak obyektinin, 29 şirkətin səhm paketinin, 1.4 milyard dollar dəyərindəki istiqrazların və 17.8 milyard dramlıq (50 milyon dollara yaxın - red.) qeyri-qanuni gəlirlərin dövlət nəfinə müsadirə edilməsi tələbi ilə bağlı məhkəmə işi davam edir.
Bir müddət əvvəl isə ailənin ABŞ-dəki malikanəsi 36 milyon dollara satılıb.
Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sabiq rəhbəri və keçmiş maliyyə naziri Qaqik Xaçatryan saxlanılıb və hazırda ölkənin İstintaq Komitəsindədir.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın kütləvi informasiya vasitələri məlumat yayıb.
Gözlənilir ki, elə bu gün onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət təqdim olunacaq.
Ermənistanın İstintaq Komitəsi xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması halları ilə bağlı başlanmış cinayət işi üzrə növbəti əməliyyat tədbirləri həyata keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bu çərçivədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin sabiq rəhbəri Qaqik Xaçatryanın, onun oğlunun yaşayış yerlərində, eləcə də onlara aidiyyəti olan təxminən 21 şirkətin ofis və şöbələrində təxirəsalınmaz istintaq-prosessual addımlar atılıb.
Bildirilib ki, aparılan cinayət araşdırması daxilində Qaqik Xaçatryanın məhkəmə qarşısına çıxarılması məqsədilə onun saxlanılmasına dair qərar çıxarılıb.