İngiltərənin "Arsenal" futbol klubunun braziliyalı forvardı Qabriel Jezus karyerasını "Barselona"da davam etdirəcək.
Oxu.Az xəbər verir ki, bu barədə İspaniya təmsilçisinin rəsmi saytı xəbər yayıb.
29 yaşlı oyunçu yeni klubu ilə üçillik müqaviləyə imza atıb.
"Transfermarkt" portalının məlumatına əsasən, Kataloniya klubu braziliyalı hücumçu üçün 10 milyon funt-sterlinq (11.6 milyon avro) xərcləyib.
Braziliya yığmasının hücumçusu 2022-ci ildən "Arsenal"ın şərəfini qoruyurdu. Jezus Braziliya milli komandasının heyətində 64 qarşılaşmada iştirak edərək 19 dəfə fərqlənib.