Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qabriel Jezusdan fantastik göstərici - Səkkiz ildir, "sehri" qırılmır
İngiltərə Premyer Liqasının 19-cu turunun matçında "Arsenal" səfərdə "Brentford"a 3:1 hesabı ilə qalib gəlib.
Oxu.Az ESPN-nə istinadən xəbər verir ki, "topçular"ın qollarından birini braziliyalı hücumçu Qabriel Jezus vurub.
Braziliyalı futbolçu səkkiz ilə yaxındır ki, Premyer Liqada çıxış edir. O, 2017-ci ilin yanvarın 21-də liqada "Mançester Siti"nin heyətində debüt edib. Braziliyalı bu müddət ərzində qol vurduğu heç bir matçda komandası məğlub olmayıb.
Qeyd edək ki, Jezusun aktivində 62 belə oyun var.
"İngiltərə Premyer Liqası (İPL)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər