“Eurovision-2017”-nin birinci və ikinci yarımfinalının iştirakçılarının müəyyən ediləcəyi püşkatma yanvarın 31-də Kiyevdə keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə “UA: Birinci” telekanalının saytında məlumat yayılıb.
“Müsabiqənin birinci və ikinci yarımfinalında hansı ölkələrin çıxış edəcəyi müəyyənləşəcək püşkatma yanvar ayının 31-də Kiyev Şəhər Dövlət Administrasiyasının sütunlu zalında baş tutacaq”, - məlumatda deyilir.
Həmçinin həmin gün “Eurovision”un rəmzi açarı Stokholm Şəhər Şurasının prezidenti Yeva-Luiza Erlandsson Slorak tərəfindən Kiyevin meri Vitali Kliçkoya təqdim ediləcək.
N.O.
www.oxu.az