Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
!["Everton" klubunun yeni baş məşqçisinin adı məlum olub](https://images.oxu.az/2025/01/11/zOHTwVkYwEjEk1XmPvmho0Q5m9FcMdK69MoyslZL:1200.jpg)
"Everton" klubunun yeni baş məşqçisinin adı məlum olub
Şotlandiyalı futbol mütəxəssisi Devid Moyes İngiltərənin "Everton" klubunun yeni baş məşqçisi təyin edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Everton" klubunun Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda 61 yaşlı mütəxəssisin klubun saytına verdiyi qısa açıqlama da yer alıb:
"Buraya qayıtmaq çox gözəldir! Evertonda 11 gözəl və uğurlu il keçirdim və klub mənə təklif göndərəndə heç bir tərəddüd etmədim. İndi bizim bu mövsüm uğur qazanmağımız üçün azarkeşlərimizin dəstəyinə ehtiyacımız var".
Məlumat üçün əlavə edək ki, hazırda "Everton" klubu futbol üzrə İngiltərə Premyer Liqasında 16-cı yerdə qərarlaşıb və komanda aşağı diviziona düşmək təhlükəsi ilə üz-üzədir.
"Everton" teqi üzrə xəbərlər
- İngiltərə Premyer Liqası: "Everton" klubu "Liverpul"a qarşı
- Premyer Liqa: "Tottenhem" səfərdə, "Mançester Yunayted" isə evdə məğlub oldu
- İngiltərə klubu "Qalatasaray"ın gənc ulduzu üçün 15 milyon avro təklif edib
- İngiltərə Premyer Liqası: "Arsenal" "Everton"la bacarmadı
- "Everton"un keçmiş oyunçusu korrupsiya işində 20 il həbs cəzası aldı
Rəylər