Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Filippində avtomobil aeroportun binasına çırpıldı: Ölənlər var
Fillipinin paytaxtı Manilanın Ninoy Akino beynəlxalq hava limanının binasına avtomobil çırpılıb.
Oxu.Az bu barədə "ABS-CBN News" telekanalına istinadən xəbər verir.
Məlumata görə, "Ford Everest"in sürücüsü sərnişini düşürüb, bundan sonra qəfildən başqa avtomobil onun qarşısına çıxıb və o, idarəetməni itirərək qaz və əyləc pedallarını səhv salaraq, hava limanının birinci terminalının girişində divara çırpılıb.
İnsident nəticəsində biri beşyaşlı qız olmaqla, iki nəfər ölüb, daha üç nəfər isə yaralanıb.
Hadisəni törədən sürücü saxlanılıb.
"Filippin" teqi üzrə xəbərlər
- Filippinin Haaqa həbsxanasında olan keçmiş prezidenti mer seçkisində qalib gəldi
- Filippində vulkan püskürməsi: Bəzi uçuşlar təxirə salındı
- Filippində zəncirvari qəza: Çox sayda ölən və yaralanan var
- Filippində timsahla heykəli səhv salan turist həyatının dəhşətini yaşadı - ANBAAN VİDEO
- Çin Filippin yaxınlığında ada ələ keçirdi
Ən çox oxunanlar