Filippində "Kalmaeqi" tayfunu şiddətlənib. Təbii fəlakət nəticəsində baş verən hərbi helikopter qəzasında ən azı altı nəfər həlak olub.
Oxu.Az xəbər verir ki, "ABS-CBN News" bu barədə hərbi rəsmilərə istinadən məlumat yayıb.
Qəzaya uğrayan helikopter fəlakətin nəticələrinin aradan qaldırılması işlərinə kömək etmək üçün əraziyə yollanan qrupun bir hissəsi olub.
Hüquq-mühafizə orqanları hazırda hadisəni araşdırır və qəzanın səbəbini müəyyənləşdirir.
Filippinin mərkəzi hissəsində "Kalmaeqi" tayfununun nəticələri səbəbindən ən azı 26 nəfər həlak olub və yüzminlərlə insan evlərini tərk etməli olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Agence France-Presse" agentliyi məlumat yayıb.
Təbii fəlakət Sebu adasındakı şəhərlərə zərər vurub, küçələr leysan yağışları nəticəsində su altında qalıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, insanların əksəriyyəti boğulma nəticəsində həlak olub.
Məlumata görə, təbii fəlakətin nəticələrinin aradan qaldırılması zamanı "Bell UH-1Y Venom" helikopteri qəzaya uğrayıb. Xilasedicilər helikopterin ekipajını axtarır.
Tayfun çərçivəsində küləyin maksimum sürəti 130 km/saat, küləyin gücü isə 180 km/saata çatır.
Filippinə zərbə vuran "Kalmaeqi" tayfunu geniş dağıntılara və insan tələfatına səbəb olub. Son məlumatlara görə, ən azı 12 nəfərin ölümü təsdiqlənib.
Oxu.Az CDN nəşrinə istinadən xəbər verir ki, həlak olanların cəsədləri hələ də tapılmayıb.
İlkin məlumata görə, onları güclü su axını aparıb ki, bu da axtarış əməliyyatlarını xeyli çətinləşdirir.
Təbii fəlakət ölkənin bir neçə regionunda güclü daşqınlara və sürüşmələrə səbəb olub. Axtarış-xilasetmə qrupları sağ qalanları və itkin düşənlərin cəsədlərini tapmaq ümidi ilə su basmış əraziləri araşdıraraq fövqəladə rejim şəraitində işləyirlər.
Qeyd edək ki, Filippin hər il onlarla tayfundan zərər çəksə də, "Kalmaeqi" bu mövsümdə ən güclü fırtınalardan biri olub.