Filippində "Kalmaeqi" qasırğası nəticəsində ölənlərin sayı 93-ə çatıb, yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Oxu.Az "Franse-Presse" agentliyinə istinadən xəbər verir ki, ölənlərin əksəriyyəti fasiləsiz yağışların daşqınlara səbəb olduğu Sebu adasında olub.
Məlumata görə, 53 yaşayış məntəqəsində fövqəladə vəziyyət elan edilib.
Filippində "Kalmaeqi" qasırğası azı 66 nəfərin həyatına son qoyub.
Oxu.Az xəbər verir ki, bu barədə noyabrın 5-də "ABS-CBN News" yerli dövlət qurumlarına istinadən məlumat yayıb.
Ölənlərin 49-u Sebu adasının, digərləri isə Qərbi və Şərqi Visayax və Neqros adası bölgələrinin sakinləridir.
Təbiət hadisəsi zamanı azı 26 nəfər itkin düşüb.
Dəhşətli qasırğanın təqribən 706 min insana ziyan vurduğu, bunlardan 348 min nəfərin təxliyə olunaraq, aidiyyəti mərkəzlərə sığındığı vurğulanır.