ABŞ hökumətində şatdaun müddəti rekord vurmaq üzrədir.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Senat on dörd cəhddən sonra hökumətin qısamüddətli maliyyələşdirmə qanun layihəsini təsdiq edə bilməyib.
Qanunverici orqanlar məsələni bu gün yenidən nəzərdən keçirəcəklər.
ABŞ tarixində ən uzun şatdaun 2018-ci il dekabrın 22-dən 2019-cu il yanvarın 25-nə qədər - 35 gün - davam edib. Bu da Donald Trampın birinci prezidentlik dövründə baş verib.
ABŞ hökuməti oktyabrın 1-də fəaliyyətini rəsmən dayandırıb. Nəticədə yüzminlərlə dövlət işçisi maaşsız qalıb, təxminən 1.5 milyon amerikalı natamam məvacib alır. Əgər noyabrın 5-də ABŞ-nin büdcəsi razılaşdırılmasa, indiki şatdaun ölkə tarixində ən uzunmüddətli olacaq.
Qeyd edək ki, şatdaun respublikaçılar və yaxud demokratların hakimiyyətdə olduğu müddətdə onlar arasında Konqresdə, Senatda və Nümayəndələr Palatasında fikir ayrılığı olması ilə əlaqədardır. Hazırda respublikaçılarla demokratlar arasında bu məsələdə çox böyük fikir ayrılığı var.