Filippinin mərkəzindəki Cebu şəhərindəki zibilxanada baş verən sürüşmə nəticəsində ölənlərin sayı 27-dən 35-ə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə "ABS-CBN News" məlumat yayıb.
Məlumata görə, daha bir nəfər hələ də itkin düşmüş hesab edilir. Filippin xilasediciləri axtarışları davam etdirirlər.
Xatırladaq ki, Cebu zibilxanasında sürüşmə yanvarın 8-də baş verib. Hadisədən sonrakı ilk saatlarda dağıntılar altından 12 nəfər sağ tapılıb.