Filippinin prezidenti Rodriqo Duterte narkotik alverçiləri ilə mübarizə metodlarını tənqid edən Avropa İttifaqını söyüb.
Oxu.Az xəbər verir ki, bu barədə “Al Jazeera” yazır.
Onun doğma şəhəri Davaoda yerli sahibkarlar ilə görüşdə Filippin prezidenti Aİ-ni ikiüzlülükdə və Avropa ölkələri tərəfindən Yaxın Şərq və Asiya ölkələrinin işğalı zamanı öz günahlarını ört-basdır etməyə cəhddə ittiham edib.
“Mən Avropa İttifaqının bəyanatını oxudum və cəhənnəm olun deyirəm!”, - deyə orta barmağı ilə jest göstərib.
N.O.