ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Britaniyanın nüfuzlu “Financial Times” qəzeti tərəfindən “İlin adamı” seçilib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə nəşrin çərşənbə günü dərc edilən buraxılışında məlumat yayılıb.
“O, ABŞ siyasətinin qaydalarını yenidən yazıb. Tramp sazişlər bağlamaq üzrə mütəxəssis olan bir prezidentdir, o, vədlərinin yalnız başlanğıc qiymət təklifi olub-olmadığını nümayiş etdirəcək”, - qəzet yazıb.
N.O.
www.oxu.az