Fransa Almaniya ilə birgə Müdafiə və Təhlükəsizlik Şurası yaradıb.
Oxu.Az "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu barədə Yelisey sarayında Almaniyanın yeni kansleri Fridrix Mertsi qəbul edən Emmanuel Makron məlumat verib.
E.Makron bildirib ki, şura üzvləri iki ölkənin ümumi strateji çağırışlarına operativ cavablar hazırlamaq üçün müntəzəm bir araya gələcəklər.
Fridrix Merts isə öz növbəsində bildirib ki, Avropa İttifaqına üzv olan bütün ölkələr müdafiə xərclərini artırmalıdırlar.