Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Gürcüstanda daha bir qadın “donuz qripi”ndən öldü
Gürcüstanda H1N1 qripindən ölənlərin sayı 10 nəfərə çatıb.
Oxu.Az “Sputnik Georgia”ya istinadən bildirir ki, paytaxtda yerləşən “Müqəddəs Lazar” klinikasında 41 yaşlı qadın “donuz qripi”ndən dünyasını dəyişib.
Bildirilir ki, bu gündən etibarən ilkin tibbi yardımın göstərilməsi üçün Gürcüstanın beş tibb müəssisəsi 24 saatlıq iş rejiminə keçir.
Gürcüstan Səhiyyə Nazirliyi qripin əlamətləri yaranan zaman əhalini dərhal həkimlərə müraciət etməyə çağırıb. Son məlumatlara görə, laboratoriya araşdırmaları nəticəsində 158 nəfərdə “donuz qripi”nin olması təsdiq olunub.
Qadın iki həftə əvvəl xəstəxanaya çatdırılsa da, müalicə effektli olmayıb. Həkimlərin rəyinə əsasən, qadını xroniki xəstəliklərinə görə və həkimə gec müraciət etdiyinə görə müalicə etmək mümkün olmayıb. Ona daha öncə digər bir klinikada “donuz qripi” diaqnozu qoyulsa da, o, müalicəni evdə davam etdirməyi üstün tutub, lakin vəziyyəti ağırlaşdıqdan sonra təkrar xəstəxanaya yerləşdirilib.
Mütəxəssislər fevral ayında “donuz qripi”nin yeni dalğasının baş verəcəyini güman edir.
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanda onkoloji tibb xidmətlərinin maliyyələşdirilməsi artırılacaq
- COP çərçivəsində "İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası" yaradılır
- Gələn il icbari tibbi sığorta haqqı 124 manata çatdırılacaq
- Yekdil qərarla Azərbaycan 2024-2026-cı illər üçün ATACH-ın həmtəsisçisi seçilib
- Natəvan Əmirova və Nigar Rüfət qanunsuz tibbi fəaliyyətlə məşğul olublar?
Rəylər