Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa komissarlarından aldığı təhdidlər barədə danışıb.
Kobaxidzenin sözlərinə görə, komissarlardan biri ilə söhbəti zamanı ona bu yaxınlarda həyatına sui-qəsd cəhdi edilən Slovakiyanın Baş naziri Robert Fitsonu xatırladıblar və bununla da onu qorxutmaq istəyiblər.
Kobaxidze bildirib ki, Avropa komissarlarından biri ilə xarici agentlər haqqında qəbul olunmuş qanunla bağlı telefon danışığı zamanı onu təhdid ediblər. Gürcüstanın baş naziri qeyd edib ki, "Xarici təsirlərin şəffaflığı haqqında" qanuna qoyulan veto aradan qaldırılacağı halda, Qərb tərəfdaşlarının tətbiq edə biləcəkləri bir sıra tədbirləri ona sadalayıblar.
"Fitsonun başına nə gəldiyini gördünüz və buna görə də, çox diqqətli olmalısınız", - deyə ona bildiriblər.
Mənbə: MK.ru
Rəylər