Hakkaridə PKK terrorçuları tərəfindən yola yerləşdirilən partlayıcının işə düşməsi nəticəsində 3 əsgər yaralanıb.
Oxu.Az xəbər verir ki, Anadolu agentliyinin məlumatına görə, terrorçular Hakkari-Çukurca avtomobil yolunun təhlükəsizliyini təmin edən hərbi maşının keçidi zamanı partlayış törədiblər.
Partlayış zamanı yaralanan 3 əsgər hadisə yerinə cəlb edilən sanitar maşınlarla Hakkari Dövlət Xəstəxanasına çatdırılıb.
A.S.
www.oxu.az