Fələstinin HƏMAS hərəkatı atəşkəs razılaşması çərçivəsində ağır silahları təhvil verə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə HƏMAS-la danışıqlarda amerikalı vasitəçi Bişara Bahbaha istinadən "Asharq Al-Awsat" nəşri bildirib.
HƏMAS həmçinin Qəzza ərazisində hər hansı silah hazırlamamağı və qaçaqmalçılığı ilə məşğul olmamağı öhdəsinə götürüb. Vasitəçi bunların vacib maddələr olduğunu qeyd edib, lakin İsrail tərksilah prosesi çərçivəsində HƏMAS-ın bütün tunellərinin ləğv edilməsində israr edir.
Bundan əvvəl bildirilmişdi ki, HƏMAS ABŞ Prezidenti Donald Trampın Qəzzada münaqişənin dayandırılması planında nəzərdə tutulan tərksilaha zəmanət verməyib.