Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Hər il 8 milyon insan tütün səbəbindən ölür - Qlobal statistika açıqlandı
"Son 20 ildə tütünçəkmənin qlobal yayılması 30 faiz azalıb".
Oxu.Az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib.
Onun sözlərinə görə, bu nəticələr 20 il əvvəl qəbul edilmiş Tütünə qarşı mübarizə haqqında Çərçivə Konvensiyası sayəsində mümkün olub.
Baş direktor bildirib ki, ötən 20 ildə dünyada tütünçəkmənin yayılması təxminən üçdə bir dəfə azalıb və hazırda tütün istifadəçilərinin sayı 300 milyon nəfər azdır.
Qeyd edək ki, hər il səkkiz milyondan çox insan tütündən istifadə nəticəsində həyatını itirir.
"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)" teqi üzrə xəbərlər
- Azərbaycanda qida normaları dəyişir: 30 ildən sonra islahat
- Leyla Əliyeva Ümumdünya Səhiyyə Təşkilatının tədbirində videokonfrans formatında iştirak edib
- Rusiyada emosional tükənmiş insanlara məzuniyyət verilə bilər
- ÜST-dən HƏYƏCAN TƏBİLİ: Tibb müəssisələrində yeni ölümcül göbələk yayılır
- Baş katib: "Qısa müddət ərzində biz məsləhətçi platformadan nəticəyönümlü bir təşkilata keçid etdik"