Hindistanın cənubundakı Tamilnad ştatında dəniz məhsullarının emalı müəssisəsində baş verən ammonyak sızması nəticəsində azı yeddi nəfər həlak olub, 40-dan çox insan xəsarət alıb.
Oxu.Az bu barədə "The Times of India" qəzetinə istinadən xəbər verir.
Hadisə baş verən zaman müəssisədə ümumilikdə 120 nəfər olub.
Toksik qazın sızması səbəbindən onlarla işçi zəhərlənmə əlamətləri və tənəffüs çətinliyi ilə xəstəxanalara çatdırılıb.
Hadisənin başvermə şəraiti ilə bağlı araşdırmalara başlanılıb. Hadisə yerində xilasetmə işləri davam etdirilir.
Qaynar xətt:
(055) 224 12 12