Livanın "Hizbullah" hərəkatı İsrail ordusunun mövqelərini beş dəfə şiddətli atəşə tutub.
Oxu.Az xəbər verir ki, bu barədə "Mehr" məlumat yayımlayıb.
Xəbərdə vurğulanır ki, Livan döyüşçüləri Əl-Biyad bölgəsindəki İsrailin artilleriya məntəqələrinə kamikadze dronları ilə hücum ediblər.
Qeyd edək ki, martın 2-də İsrail tərəfi Livana hücum edəcəyini açıqlamışdı. Ardınca Livan ərazisindən İsrail istiqamətinə raket zərbələri endirildi və bu hücumların məsuliyyətini "Hizbullah" üzərinə götürdü. Təl-Əviv isə buna cavab olaraq Livan ərazisinə genişmiqyaslı zərbələr endirdi. Martın 16-da İsrail Müdafiə Qüvvələri (İMQ) quru əməliyyatlarına start verdiyini bildirdi. Aprelin 8-də ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq regionunda atəşkəs elan etsə də, İsrail Livana qarşı hərbi əməliyyatlarını dayandırmadı. Nəticədə "Hizbullah" hərəkatı da atəşkəs rejimindən imtina edərək İsrail mövqelərinə zərbələr endirməyə başladı.