Hörmüz boğazında eskalasiyanın qarşısının alınması üçün xüsusi əlaqə xətti yaradılıb və artıq fəaliyyət göstərir.
Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyi Qətərin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Macid bin Məhəmməd əl-Ənsarinin açıqlamasına istinadən məlumat verib.
O, brifinqdə münaqişənin həlli mexanizmləri ilə bağlı sualı cavablandırarkən deyib:
"Bu məqsədlər üçün (münaqişələrin qarşısının alınması - red.) əlaqə xətti yaradılıb və son bir neçə gündə baş vermiş eskalasiyanın cilovlanması üçün istifadə olunub. Bu, əlaqə kanalı ərsəyə gətirilib və işləyir".
Diplomat bu xəttin işinin texniki detallarını açıqlamayıb.
Qətər XİN-in nümayəndəsi həmçinin bildirib ki, Doha tərəfdaşları ilə birlikdə Tehranın da qatılacağı regional məsləhətləşmələrin təşkili imkanlarını nəzərdən keçirir:
"Biz bölgədəki tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Region dövlətlərinin, xüsusən də İranın danışıqlar prosesinə cəlb olunması və mövcud narahatlıqların şəffaf müstəvidə müzakirə edilməsi üçün uyğun şəraitin necə yaradıla biləcəyini müzakirə edirik".