Böyük Britaniyada Qlosterşir qraflığının bədbəxt sakinləri buraya səfər edən, ictimai yerlərdə sekslə məşğul olmaq həvəskarlarına – əsasən sodomit istiqamətli (yəni, geylər, lesbiyanlar və digər bu cür cinsi azlıqlara verilən ad – red.), fermer tikililəri yaxud da böyük qəsrlərin yollarında sekslə məşğul olan insanlardan polisə şikayətləniblər.
Oxu.Az dünya mətbuatına istinadən xəbər verir ki, Badminton-hauz qəsrinin sahibi 11-ci hersoq Bofortun ailəsinin nümayəndələrinin sözlərinə görə, onlar tez-tez PVX-dən hazırlanmış kostyumlu, elf qanadlı və balerina paltarlı, açıq yerdə cinsi əlaqədə olan kişilərdən ibarət qruplar görürlər.
Yerli fermerlər əvvəlcə bu əxlaqsızlara qarşı özləri mübarizə aparmağa çalışsalar da, onlar tez bir vaxtda əyləncələri üçün yeni yerlər tapıblar. İndi polis belə toplumlara qarşı mübarizə üçün dairədə reydlər keçirir.
Yerli sakinlər deyirlər ki, onları daha çox kəndə seks macəraları tapmaq üçün gələn naməlum qonaqlar narahat edirlər.
“Ötən iki həftə ərzində bizə bir neçə belə şikayət daxil olub və biz, bu cür halların qarşısını almaq, yerli sakinləri qorumaq üçün axşamlar genişmiqyaslı patrullar keçirməyi planlaşdırırıq” - deyə, polis serjantı Fil Konnor bildirib.
“Doqqerlik” (ingilis dilində dog – it sözündən) insanların hərəkətlərini “sadəcə itlə gəzmək üçün parka çıxmaları” ilə əlaqələndirmələrinə görə yaranıb.
İngilislərdə belə davranış o həddə çatıb ki, ölkənin Səhiyyə Nazirliyi “doqqerliyin” hepatit B, QİÇS, sifilis və digər yolxucu xəstəliklərə aparan ən qısa yol olması barədə bəyanat verməyə məcbur olub.
Bu “fenomenin öyrənilməsi” ilə məşğul olan Harper Adams College-nin professoru Riçard Birn həmçinin etiraf edib ki, hökumətə təklif etdiyi üsullardan heç biri özünü doğrultmayıb.
“Mən düşündüm ki, əgər parklarda işıq sütunlarının sayını artırsaq, bu, “doqqerlərin” sayını azaltmağa imkan verəcək. Mən səhv etdim. İşıqlı şəraitdə onlar gördükləri işə daha aydın baxa bilirlər”, - deyə, professor şikayətlənib.
Nəticədə, 2011-ci ildə britaniyalı polisləri ictimai yerlərdə sekslə məşğul olan şəxslərin rahatlığını qorumaq üçün ciddi şəkildə təlimatlandırıblar. Dözümsüzlük zəminində cinayətlərin qarşısını almaq üçün nəzərdə tutulmuş 60 səhifəlik broşürada deyilirdi ki, məhz doqqerlər onların “ictimai seks” həvəslərini paylaşmayan şəxslər tərəfindən gülüş və hücum obyektinə çevrilə bilərlər. Təlimatda qeyd olunurdu ki, şəxsiyyətə qarşı belə cinayətlər cəmiyyətin əsaslarını sarsıdır, həmçinin vətəndaşların polisə etibarını dağıdır.