“Neft Daşları” yatağındakı 2585 nömrəli stasionar dəniz özülündən 2591 nömrəli quyu qazmadan sonra istismara verilib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat SOCAR-ın mətbuat xidmətindən alınıb.
Məlumata görə, Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılmış quyu 2635-2620 metr intervaldan sutkalıq 30 ton neft və 6000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edilir ki, quyu “Neft Daşları” NQÇİ-nin sifarişi ilə qazılıb.