Naxçıvan MR Statistika Komitəsinin məlumatına görə, 2008-ci ildən bütün əmək qabiliyyətli əhali işlə təmin edilib və işsiz yoxdur.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, bu məlumat Naxçıvan MR Statistika Komitəsinindən gəlir.
Məlumata görə, 2013-cü ilin əvvəli üçün 221 min əmək qabiliyyətli əhali işlə təmin edilib.
Ona görə muxtariyyatda işsiz statusu alıb müavinət alan da yoxdur.
Beynəlxalq Əmək Təşkilatının metodologiyasına görə, 2013-cü ilin III rübündə Azərbaycanda 238 min işsiz olub və bu ilin əvvəli üçün belə status 36,2 min nəfərə verilib.
Muxtariyyatın rəsmi statistikasına görə, 1 oktyabr 2003-cü ildən 1 yanvar 2014-cü ilə kimi burda 59 369 yeni iş yeri açılıb. Bunun 42,9 mini (72,2%) daimidir. Təkcə 2013-cü ildə 2260 yeni iş yeri açılıb.
NMR DSK-nın məlumatına görə, 2010-cu ildən 2012-ci ilə kimi Naxçıvanda muzdlu işçi sayı 7354 nəfər artaraq 92 736 nəfərə çatıb. Bundan başqa, hüquqi şəxs yaratmadan sahibkarlıqla 18 min nəfər məşğul olur.
Rəsmən NMR-da 435 367 min nəfər yaşayır.
Dünyada rəsmi olaraq işsizlik olmayan daha bir yer Kipr Respublikasıdır.
Amma burda da 850 min əhali olsa da, işsiz sayı bir neçə on min nəfərdir.