Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Inın qardaşının qətlində Rusiya izinə dair iddia təkzib olundu - YENİLƏNİB
ABŞ-ın BMT yanında daimi nümayəndəliyi BMT Təhlükəsizlik Şurasının iclasında Nikki Heylinin Kim Çen Inın qardaşının ölümü ilə bağlı verdiyi bəyanatın mətbuat tərəfindən yanlış yayıldığını bəyan edib.
Oxu.Az xəbər verir ki, ABŞ daimi nümayəndəliyinin mətbuat katibi Con Diqori bildirib ki, KİV Heylinin fikirlərinə istinad edərək yanlışlığa yol verib.
“Xeyr, bu, doğru sitat deyil. Heyli deyib ki, Şimali Koreya ölümcül maddədən istifadə etməklə, Kim Çen Namı öldürəndə, ABŞ Pxenyanın kimyəvi və bioloji silahının axınına BMT-nin köməyi ilə nəzarəti gücləndirdi”.
20.10
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib ki, Rusiya Şimali Koreya xüsusi xidmət orqanlarına Kim Çen Inın qardaşı Kim Çen Namın qətlində kömək edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu N. Heyli BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.
O iddia edib ki, Rusiya Şimali Koreyaya biololoji maddələr ötürüb.
Qeyd edək ki, Kim Çen Nam 2017-ci ilin fevralın 13-də Kuala-Lumpur hava limanında qətlə yetirilib. Onun dərisində VX zəhərli maddənin izləri aşkarlanıb. Bu qətl ilə əlaqədar ABŞ Şimali Koreyaya qarşı sanksiyalar tətbiq edib.
Rəylər