Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İran Rusiyaya əlavə silahlar göndərməyə hazırlaşır: Siyahıda ballistik raketlər də var
İran Rusiyaya daha minə yaxın silah göndərməyə hazırlaşır.
Həmçinin yaxınmənzilli “yer-yer” ballistik raketlərinin və əlavə hücum dronlarının göndəriləcəyi bildirilir.
Bu barədə İranın silah proqramına nəzarət edən Qərb ölkələrindən birinin rəsmi nümayəndələri məlumat veriblər.
Mənbələrin bildirdiyinə görə, İrandan Rusiyaya son silah partiyasında 450-yə yaxın pilotsuz uçan aparat var idi ki, rusiyalılar artıq onları Ukraynada tətbiq ediblər. Ötən həftə Ukrayna rəsmiləri 300-dən çox İran PUA-sını vurduqlarını bildiriblər.
Bundan əvvəl Rusiyaya İrandan “Fateh-110” və uçuş məsafəsi müvafiq olaraq 300 və 700 km olan “Zolfaghar” raketlərinin tədarükünün hazırlandığı barədə məlumat verilmişdi.
İran Ukraynadakı müharibədə istifadə üçün Rusiyaya silah tədarükünü rəsmən təkzib edir. Kreml də bu barədə xəbərləri təsdiq etmir.
Mənbə: CNN
"İran" teqi üzrə xəbərlər
- İran, Çin və Rusiyanın birgə hərbi dəniz təlimləri başlayıb
- ABŞ-nin maliyyə naziri: "İran iqtisadiyyatını çökdürəcəyik"
- İran və Türkiyə XİN başçıları arasında görüş baş tutub
- İran səfiri İsveç XİN-ə çağırıldı
- Trampdan xəbərdarlıq: "Ya İran ABŞ ilə saziş bağlayacaq, ya da tezliklə nə isə baş verəcək"