Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İran XİN: "Tehran uranın dinc məqsədlərlə zənginləşdirilməsini davam etdirəcək"
"İran uranın dinc məqsədlərlə zənginləşdirilməsindən imtina etmək niyyətində deyil və "Nüvə silahının yayılmaması haqqında" müqavilə çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq bu prosesi davam etdirəcək. Digər dövlətlərin bu məsələdə Tehrana məhdudiyyət qoymaq hüququ yoxdur".
Oxu.Az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Məcid Təxt-Ravançi Almaniyanın ARD telekanalına verdiyi açıqlamada bildirib.
O qeyd edib ki, Tehran "Nüvə silahının yayılmaması haqqında" müqavilənin vicdanlı iştirakçısıdır.
"Bu müqaviləyə əsasən, biz uranı ölkəmizin rifahı naminə dinc məqsədlərlə zənginləşdiririk. Biz bu müqavilənin çərçivəsindəki öhdəliklərimizə əməl etdiyimiz müddətcə heç kim bizə nə etməli olduğumuzu diktə edə bilməz", - deyə Təxt-Ravançi vurğulayıb.
Qeyd edək ki, İran ABŞ tərəfindən endirilən zərbədən sonra Fordo nüvə obyektindəki sentrifuqaların və yeraltı kaskad zallarının əksəriyyətinin zədələnmədiyini hesab edir. Bununla belə, obyektə İranlı mütəxəssislər şəxsən baxış keçirdikdən sonra ziyanın dəqiq miqyası müəyyən ediləcək.
"İranın nüvə proqramı" teqi üzrə xəbərlər
- Pentaqon İranın nüvə obyektlərinin məhv edildiyinə əmin deyil
- İsrailli məmur: "Hücumlardan sonra İranda zənginləşdirilmiş uranın bir qismi qalıb"
- Lavrov: "Rusiya uranın zənginləşdirilməsində İrana kömək etməyə hazırdır"
- Qrossi: "İranın nüvə proqramını tamamilə məhv etmək mümkün deyil"
- İranın uranı, İsrailin planı, Trampın sülh imtahanı