"Yuventus"un baş məşqçisi İqor Tudor komandanın türkiyəli futbolçusu Kenan Yıldız haqqında yüksək fikirlər səsləndirib.
Oxu.Az xəbər verir ki, xorvatiyalı mütəxəssisin fikirlərini FIFA-nın Mətbuat Xidməti dərc edib.
İ.Tudor vurğulayıb ki, 20 yaşlı hücumameyilli yarımmüdafiəçinin gələcəyi böyük ölçüdə onun özündən asılıdır.
"Onun nadir bacarığı - möhtəşəm mentaliteti var. O, bir yarımmüdafiəçi kim çox cəlddir və əla texniki bacarıqlara malikdir. O, qızıl oğlandır", - deyə İ.Tudor bildirib.