İranda dolların və avronun qiyməti bu gün yeni rekord müəyyənləşdirib.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, Tehranda 1 ABŞ dolları 146 800, 1 avro 171 000 tümənə mübadilə olunub.
Xəbərdə bildirilir ki, valyutanın son həftələrində bahalaşması sahibkarlar arasında etiraz dalğasına səbəb olub.
Tehranda bir sıra bazarlar yenidən bağlanıb, mağaza sahibləri dükanlarının qarşısında toplaşıblar.