Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İranın ali rəhbəri seçkiyə müdaxilə etdi
İranda növbədənkənar seçkiyə üç gün qalmış ölkənin ali dini rəhbəri ayətullah Əli Xamenei seçki prosesinə birbaşa müdaxilə sayıla biləcək çıxış edib. Görünür, seçkiöncəsi təbliğat-təşviqat kampaniyasının gedişi, xüsusən islahatçı namizəd Məsud Pezeşkianın əhali arasında dəstək qazanan fikirləri İran rəhbərini əməlli-başlı narahat edib. Və o, sanki prezidentliyə yeddinci namizəd kimi meydana atılaraq namizədlər arasında gedən debatlara qoşulmağa, həmin debatlar zamanı, xüsusən ölkənin xarici siyasəti ilə bağlı fikirlərə münasibət bildirməyə məcbur olub.
Bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan videosüjetdə bəhs edilir.
İyunun 25-də Qədir-Xum bayramı münasibətilə əhalinin müxtəlif təbəqələrinin nümayəndələri ilə keçirdiyi görüşdə ayətullah Xamenei qarşıdakı seçki ilə bağlı iki məsələni ən mühüm məqamlar kimi vurğulayıb: birincisi, seçkidə maksimal iştirak; ikincisi, ən məsləhətli namizədin seçilməsi.
Ətraflı süjetdə:
"Ayətulla Seyid Əli Xamenei" teqi üzrə xəbərlər
- Xamenei: "Hizbullah", husilər, HƏMAS və "İslami Cihad" İranı təmsil etmirlər"
- Xameneinin silahdaşı İranın Nüvə silahının yayılmaması haqqında Müqavilədən çıxmasına çağırış edib
- İran hakimiyyətinin Suriya yalanları
- SEPAH-ın suriyalı məhbusların edamında rolu olduğu açıqlandı
- Xamenei: "İran Suriyanın yeni hökumətini devirmək cəhdini dəstəkləyəcək"
Rəylər