Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Natanzdakı nüvə obyektlərində radioloji çirklənmə aşkarlanıb
İranın Natanz şəhərində yerləşən nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi BMT-nin təcili iclasında məlumat verib.
Qrossi BMT-də İranın rəsmi sorğusu əsasında keçirilən görüşdə çıxış edərək bildirib ki, Natanzdakı nüvə obyektlərində radiasiya səviyyəsini nəzarət altında saxlamaq mümkündür.
Qrossi vurğulayıb ki, BAEA İranda nüvə qurğularının tam təhlükəsizliyini təmin etmək və onların yalnız sülh məqsədləri üçün istifadəsini dəstəkləmək üçün ekspertlər göndərməyə hazırdır.
Onun sözlərinə görə, nüvə obyektləri heç bir şəraitdə hücum hədəfinə çevrilməməlidir.
İsrailin İrana endirdiyi zərbələr nəticəsində Natanzdakı uranın zənginləşdirilməsi kompleksinə ciddi ziyan dəyib.
Oxu.Az-ın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi İsrail prezidenti İsxak Hersoqla söhbətində bildirib.
"Natanzdakı obyektə ciddi ziyan dəyib", - deyə R.Qrossi vurğulayıb.
O, vəziyyəti yerində öyrənmək üçün İrana səfər etməyi planlaşdırdığını qeyd edib.
İsrail qırıcılarının hücumundan sonra İranın Natanzdakı nüvə obyektinin peykdən çəkilmiş görüntüləri yayılıb.
Oxu.Az bu barədə İsrail KİV-ə istinadən məlumat yayıb.
Çəkilən peyk görüntülərində İranın Natanz şəhərindəki uranın zənginləşdirilməsi obyektinə ziyan dəydiyi görünür.
İsrailin hücumu nəticəsində İranın Natanz şəhərində nüvə obyektinə ciddi ziyan dəyib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İran mənbələri yazır.
Təsdiqlənməmiş məlumata görə, reaktor dağıdılıb və hazırda obyekti alov bürüyüb.
Tehran rəsmiləri hələlik təfərrüatları açıqlamayıblar. Eyni zamanda, yerli KİV və hadisə şahidləri güclü partlayışların və obyektdən qatı tüstünün qalxdığını bildirirlər. Məlumat təsdiqlənərsə, bu, son illərdə İranın nüvə infrastrukturuna ən böyük zərbə olacaq.
Öz növbəsində, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İran hakimiyyətinə istinadən bəyan edib ki, Buşehrdə Atom Elektrik Stansiyası (AES) İsrail tərəfindən hücuma məruz qalmayıb, Natanz nüvə obyektində radiasiya səviyyəsi isə yüksəlməyib.
Qeyd edək ki, bundan əvvəl İsrailin İranda iki nüvə reaktorunu, yeraltı raket-nüvə kompleksini, nüvə texnologiyaları mərkəzini və laboratoriyanı məhv etdiyi bildirilib.
"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- İsrail təsdiqlədi: İran hərbi obyektlərə zərbə endirib
- Fidan: "Türkiyə ABŞ-nin nüvə proqramı danışıqları ilə bağlı mövqeyini İrana çatdırıb"
- ABŞ mediası: "Tehrandakı həbsxanadan İsrailə qarşı kəşfiyyat əməliyyatları üçün istifadə edilirdi"
- Kats: "İran İsrailə qurudan girməyə hazırlaşırdı"
- İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı mini keçdi