Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İrəvanda ara qarışır: Etirazçılar hökumət binasına yürüş ediblər
Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə Baqramyan prospektində mitinq keçirən "Vətən uğrunda Tavuş" hərəkatının iştirakçıları hökumət binasına doğru yürüş ediblər.
Məlumata görə, Paşinyan hazırda hökumət binasındadır.
Etirazçılar gecəni çadır şəhərciyində keçirmək niyyətindədirlər.
Bundan əlavə, Qalstanyan sabah səhər Nazirlər Kabinetinin iclasından əvvəl insanları yenidən hökumət binasına toplaşmağa çağırıb.
Hazırda etirazçıların yürüş etdiyi Ermənistan hökumətinin binasına da polis qüvvələri yerləşdirilir.
21:56
Ermənistanın paytaxtı İrəvanda keçirilən etiraz aksiyası zamanı 86 vətəndaş saxlanılıb.
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"İlkin məlumatlara görə, altı polis əməkdaşı yaralanıb və onların hamısı xəstəxanadadır", - idarədən bildirilib.
Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, İrəvanın Baqramyan prospektində etiraz aksiyası dağıdılandan sonra 55 nəfər həkimə müraciət edib.
"Xəsarətlər əsasən yüngül və orta ağırdır", - nazirlikdən qeyd ediblər. Zərərçəkənlər arasında polis əməkdaşları da var.
Qeyd edək ki, polis iyunun 12-də İrəvanın Baqramyan prospektində etirazçıları dağıtmaq üçün xüsusi vasitələrdən, o cümlədən səs bombalarından istifadə edib.
Ermənistanın İstintaq Komitəsi kütləvi iğtişaşların təşkili ilə bağlı cinayət işi açıb.
20:40
Ermənistan parlamentinin binası yaxınlığında polis etirazçılara qarşı səs bombalarından istifadə edib.
Məlumata görə, parlament binasının yanındakı parkda izdiham yaşanıb. Polis etirazçıları parlament binasının ətrafından uzaqlaşdırmağa çalışır.
Baş nazir Nikol Paşinyanın Ermənistan parlamentinin binasını tələsik tərk etdiyi də bildirilir. Paşinyan polisin qanun çərçivəsində hərəkət etdiyini deyib.
Mənbə: TASS, Sputnik
18:54
İrəvanda vəziyyət kəskinləşir.
Ermənistan parlamentinin binası yaxınlığında izdiham yaranıb. Etirazçılarla polis qüvvələri arasında toqquşmalar başlayıb.
Bununla bağlı "Telegram"ın Ermənistan seqmentində videogörüntülər yayılıb.
Etirazçılar parlament binasına girməyə cəhd edirlər.
"Vətən naminə Tavuş" hərəkatının rəhbəri, arxiyepiskop Baqrat Srbazan Nikol Paşinyanın parlament binasını tərk edə bilməməsi üçün binaya giriş və çıxışı bağlamağa çağırıb.
Etirazçılar polisə qarşı butulkalar atmağa başlayıblar. Polis aksiya iştirakçılarına xəbərdarlıq edib ki, hüquq-mühafizə orqanlarının qanuni tələbini pozmağa çalışmasınlar, əks halda bütün qanuni tədbirlər görüləcəyini bildiriblər. Polis həmçinin qadın və uşaqları ərazini tərk etməyə çağırıb.
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Vüqar Qurbanov: "Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib"
- Sağlamlıq turizminin inkişafı məqsədilə xüsusi işçi qrup yaradılıb
- Artan körpə ölümləri: Son 25 ilin ən yüksək göstəricisi - Səbəblər nədir və nə etməliyik?
- Səhiyyə Nazirliyi Füzuli şəhərində səyyar tibbi müayinələr təşkil edib
- Dövlət və hökumət rəsmiləri ümummilli lider Heydər Əliyevin xatirəsini yad edirlər