Rusiya Şimali Qafqaz regionuna (Cənub Hərbi Dairəsinə daxildir) “İskəndər-M” operativ-taktiki raket komplekslərinin birinci divizionunu yerləşdirib.
Oxu.Az xəbər verir ki, bu barədə APA Rusiyanın “İnterfaks-AVN” agentliyinə istinadən məlumat verib.
“İskəndər-M” raket divizionu Krasnodar diyarında bazalaşdırılacaq.
Yaxın aylarda bölgədəki iki raket briqadası da “İskəndər-M” divizionuna sahib olacaq.
Qeyd edək ki, NATO kodu “SS-26 Stone” olan “İskəndər-M” operativ-taktiki raketlərinin atış uzaqlığı 500 km-ə qədərdir. Rusiyanın 2008-ci ildə Gürcüstanla müharibədə Qori şəhərinin bombalanmasında bu raketlərdən istifadə etdiyinə dair məlumatlar mövcuddur.