Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İspaniyada silah fabrikində partlayış: Yaralananlar var
İspaniyanın Mursiya əyalətində "Rheinmetall" hərbi sursat fabrikində baş verən partlayış nəticəsində altı nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Cadena Ser" radiosu fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Mursiya şəhərinin kənarında yerləşən zavodda rezervuar partlayıb. Bundan sonra yanğın başlayıb və alov zavodun yaxınlığındakı meşəni bürüyüb.
Həkimlər altı zərərçəkənə yardım göstərib, onlardan beşi xəstəxanaya yerləşdirilib. Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.
"İspaniya" teqi üzrə xəbərlər
- İspaniya XİN başçısından XƏBƏRDARLIQ: "Avropanı böyük dəyişiklik gözləyir"
- Əmisi oğlunun pasportu ilə Bakıya uçan şəxs tutuldu - "İspaniya planı" DEŞİFRƏ OLDU
- Üç ölkə dünya çempionatı üçün xüsusi komissiyalar yaradacaq
- İspaniyada iş saatı azaldıldı: Maaş olduğu kimi qaldı
- İspaniyalı nazir konfransda yatan səfiri işdən çıxardı
Ən çox oxunanlar