Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İsrail aviasiyası "Hizbullah"ı maliyyələşdirən mərkəzlərə zərbələr endirib
İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr və pilotsuz uçuş aparatları Livanda "Hizbullah" hərəkatının fəaliyyətinə sponsorluq edən və onun tərəfdarlarına yardım göstərən maliyyə-kredit assosiasiyasının 16 ofis və filialına zərbələr endirib.
Oxu.Az bu barədə "Al Hadath" telekanalına istinadən xəbər verib.
Məlumatda qeyd olunub ki, Livan Mərkəzi Bankının nəzarəti altında olmayan bu maliyyə qurumlarının bütün ölkə üzrə 30-dan çox filialı var.
Bildirilib ki, sözügedən maliyyə assosiasiyasının xidmətlərindən bir milyondan çox sakin istifadə edib, onların əksəriyyəti ölkənin şiə icmasının nümayəndələridir.
"Hizbullah hərəkatı" teqi üzrə xəbərlər
- İsrail ordusu 24 saat ərzində Livanın cənubundan çəkiləcək
- Netanyahu: "Hizbullah" tərksilah edilməlidir"
- Livanda "Hizbullah"ın silah anbarından USAID-in humanitar yardımı aşkar edilib
- İsrail ordusu "Hizbullah"ın hədəflərinə hücum edib
- SAXAL-ın Həsən Nasrullahın ölümü ilə nəticələnən aviazərbəsinin yeni görüntüləri