Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Mərkəzi Bank faiz qərarını açıqlayacağı tarixi dəyişdi - SƏBƏB
Azərbaycan Mərkəzi Bankı (AMB) faiz qərarını açıqlayacağı tarixi oktyabrın 30-dan noyabrın 1-nə dəyişib.
Oxu.Az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, buna səbəb qurumun sədri Taleh Kazımovun rəhbərliyi ilə nümayəndə heyətinin Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantılarında iştirak etməsidir.
Odur ki, AMB-nin İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə mətbuat konfransının da 1 noyabrda keçirilməsi nəzərdə tutulur.
"Azərbaycan Mərkəzi Bankı (AMB)" teqi üzrə xəbərlər
- Taleh Kazımov: "2024-cü ildə Azərbaycan banklarının 150 min unikal əmanətçisi olub"
- Mərkəzi Bank 2025-ci ilin iqtisadi proqnozlarını açıqlayıb
- ING Azərbaycanda 2026-cı ilin ortasınadək uçot dərəcəsinin dəyişdirilməsini gözləmir
- AMB inflyasiya proqnozlarını yeniləyib
- Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Ən çox oxunanlar