İsrail hərbçiləri onlara “Molotov kokteyli” atmaq istəyən fələstinliyə odlu silahdan atəş açıblar.
“RİA Novosti” xəbər verir ki, Beytləhm şəhərində bir qrup fələstinli ordu postuna hücum etmək istəyib.
Əsgərlər onlardan birinə atəş açmağa məcbur olub. Məlumata əsasən, yaralanan şəxs xəstəxanaya çatdırılıb.