Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İsrail "Hizbullah"ın xüsusi təyinatlı dəstəsinin komandir müavinini öldürdü
İsrail Müdafiə Qüvvələri (IDF) Livanın "Hizbullah" hərəkatının "Radvan" xüsusi bölməsinin komandir müavini Mustafa Əhməd Şahadini öldürüb.
Oxu.Az bu barədə İsrail Müdafiə Qüvvələrinin "Telegram" kanalına istinadən xəbər verir.
Məlumata görə, Şahadi İsrailə qarşı çoxsaylı terror aktlarının həyata keçirilməsində iştirak edib. Onun öldürülməsi İsrail ordusunun bildirdiyinə görə, ölkənin şimal sərhədində "Radvan" bölməsini zəiflətmək məqsədinin bir hissəsidir.
"Şahadi 2012-2017-ci illərdə Suriyada gedən döyüşlər zamanı "Radvan" qüvvələrinin əməliyyatlarına rəhbərlik edib, həmçinin Livanın cənubundakı terror hücumlarını idarə edib", - deyə məlumatda bildirilib.
"Radvan" bölməsi "Hizbullah" terror təşkilatının elit qüvvəsidir və əsas məqsədi İsrail ərazisinə sızmaq, şimal sərhədinə yaxın bölgələri nəzarətə almaqdır. İsrail Müdafiə Qüvvələri terrorçulara və "Hizbullah"ın komandirlərinə qarşı əməliyyatları, habelə İsrail vətəndaşlarına qarşı hər hansı təhdidlərin qarşısını almaq üçün fəaliyyətini davam etdirəcək", - deyə qeyd edilib.
"Hizbullah hərəkatı" teqi üzrə xəbərlər
- İsrail ordusu 24 saat ərzində Livanın cənubundan çəkiləcək
- Netanyahu: "Hizbullah" tərksilah edilməlidir"
- Livanda "Hizbullah"ın silah anbarından USAID-in humanitar yardımı aşkar edilib
- İsrail ordusu "Hizbullah"ın hədəflərinə hücum edib
- SAXAL-ın Həsən Nasrullahın ölümü ilə nəticələnən aviazərbəsinin yeni görüntüləri